Bank Of Baku

Azərbaycanın Milli Kulinariya Ensiklopediyası gələn il işıq üzü görəcək

Azərbaycanın Milli Kulinariya Ensiklopediyası gələn il işıq üzü görəcək
# 20 oktyabr 2007 12:03 (UTC +04:00)
Gələn il Azərbaycanda Milli Kulinariya Ensiklopediyası buraxılacaq. APA-nın məlumatına görə, bunu Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib.
T.Əmiraslanovun sözlərinə görə, ensiklopediya üzərində iş 1994-cü ildən aparılır: “Bu il ölkə prezidentinin tapşırığı ilə ensiklopediyanın hazırlanması işləri daha da sürətləndirilib. Ümid edirəm ki, ensiklopediya gələn ilin ilk aylarında işıq üzü görəcək”.
T.Əmiraslanov həmçinin qeyd edib ki, “Şərq-Qərb” nəşriyyatında çapdan çıxacaq ensiklopediyanın hazırlanmasına Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə rəhbərlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR