Bank Of Baku

“Gözdən itən Bakı” foto-müsabiqəsinə noyabrın 28-də yekun vurulacaq

“Gözdən itən Bakı” foto-müsabiqəsinə noyabrın 28-də yekun vurulacaq
# 20 oktyabr 2007 12:31 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda təşkil olunan “Gözdən itən Bakı” foto-müsabiqə ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, səfirliyin ictimai diplomatiya üzrə nümayəndəsi Dmitri Tarxoski bildirib ki, müsabiqəyə Azərbaycan fotoqraflarının 100-dən artıq foto əsəri təqdim edilib. O, noyabrın 28-də Müasir İncəsənət Mərkəzində keçiriləcək sərgi ilə müsabiqəyə yekun vurulacağını deyib: “Qaliblərin müəyyən olunması məqsədilə 4 nəfərdən ibarət jüri təşkil olunub. Müsabiqənin qalibinə isə 500 ABŞ dolları məbləğində mükafat təqdim olunacaq”.
D.Tarxovski müsabiqənin keçirilməsinin məqsədi haqda da açıqlama verib: “Fotolarda köhnə Bakı əks olunub. Hesab edirik ki, Bakının bütün tarixi abidələri qorunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR