Bank Of Baku

“Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiya keçiriləcək

“Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiya keçiriləcək
# 22 oktyabr 2007 11:22 (UTC +04:00)
Oktyabrın 24-dən 30-na kimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiya keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, aksiya Gəncə, Lənkəran, Ağdam, Qazax, Füzuli, Sumqayıt və Bakıda keçiriləcək. Oktyabrın 24-də “Yaddan çıxmaz Qaraba𔝠mövzusunda kitab sərgisi təşkil ediləcək. Sərgidə respublikanın müxtəlif şəhər və rayonlarının kitabxanalarından gətirilmiş kitablar nümayiş olunacaq. Aksiyanın davamı olaraq Ağdam Dövlət Dram Teatrında S. Nuru qızının “Qisas” dramı, Şuşa Dövlət Musiqili Dram teatrında Elçinin “Şuşa dağlarını duman bürüyüb” tamaşası, Bakı Bələdiyyə Teatrının kollektivinin ifasında A. Qurbaninin “Türk sancağı” və Ə.Əliyevin “Unutqanlıq qorxunc bəladır” tamaşaları, Lənkəran Dövlət Teatrında H. Mirələmovun “Vicdanın hökmü” tamaşası, Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində H. Mirələmovun “Xəcalət” dramı, Gəncə Dövlət Dram Teatrında N. Cəfərovun “Buna da şükür” dramı, Bakı Uşaq Teatrının ifasında A. Soltanın “Şapalaqsız gün” tamaşası, Sumqayıt Dövlət Musiqili Dram Teatrı Ə. Lələdağın “Dağlarda tufan” dramı, Qazax Dövlət Dram Teatrında Əli Əhmədovun “Zamanın faciəsi” - ədəbi-bədii kompozisiyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İylas Əfəndiyevin “Xurşidbanu Natəvan” dramı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş etdiriləcək. “Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiya çərçivəsində “Nizami”, “Araz”, “Vətən”, “Dostluq” kinoteatrları “Fəryad”, “Arxada qalmış gələcək”, “Günəş və bulud”, “Ağ atlı oğlan”, “Girov” bədii filmlərinin və “Haray”, “9 dəqiqə” sənədli filmlərinin nümayişi nəzərdə tutulub. Bu silsilədən keçirilən bütün tədbirlərə giriş pulsuzdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR