Bank Of Baku

Xalq rəssamı Cahangir Rüstəmovun şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub

Xalq rəssamı Cahangir Rüstəmovun şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub
# 22 oktyabr 2007 14:21 (UTC +04:00)
Xalq rəssamı, Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında xüsusi xidmətləri olan Cahangir Rüstəmovun şəxsi arxivinin bir hissəsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib. Bu barədə APA-ya arxivin direktoru Maarif Teymurov məlumat verib. Sənədlərin arasında heykəltəraş rəssamın müxtəlif mövzularda çəkdiyi rəsmlərİ və heykəllərinin bəzi reproduksiyaları da var. Xalq rəssamının şəxsi fondunu arxivə oğlu Elşad Rüstəmov təhvil verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR