Bank Of Baku

2008-ci ildə Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək

2008-ci ildə Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək
# 23 oktyabr 2007 16:12 (UTC +04:00)
Gələn ilin yazında Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç verib. Hazırda mədəniyyət günlərinə hazırlıq işlərinin getdiyini deyən səfir tədbirin yüksək səviyyədə təşkil olunacağını qeyd edib: “Azərbaycanda keçiriləcək Belarus Mədəniyyəti Günlərində yaradıcı kollektivlərin konsertləri ilə yanaşı, kitab yarmarkası da təşkil ediləcək. Eyni zamanda Bakıda Belarus rəssamlarının rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək”. Səfirin sözlərinə görə, Belarus Mədəniyyət Günlərində nümayiş etdiriləcək sərgilərin paytaxtla yanaşı, Azərbaycanın bir sıra bölgələrində də təşkili nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR