Bank Of Baku

Milli Kitabxanada “Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiyaya start verilib

Milli Kitabxanada “Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiyaya start verilib
# 24 oktyabr 2007 14:57 (UTC +04:00)
Bu gün M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Yaddan çıxmaz Qaraba𔝠adlı mədəni-siyasi aksiyaya start verilib. APA-nın məlumatına görə, tədbirdə “Yaddan çıxmaz Qaraba𔝠adlı kitab sərgisi də keçirilib. Respublikanın müxtəlif şəhər və rayonlarının kitabxanalarından gətirilmiş kitablar;n nümayiş olunduğu sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, keçirilən aksiyanı yüksək qiymətləndirib: “Bu cür layihə davamlı olaraq keçirilməlidir. Bu layihə çox humanist və humanitar məsələyə xidmət edir. Layihənin əsas məqsədi Azərbaycanın yaddan çıxmayan və Azərbaycanın bütövlüyünün tamlığının biri olmasını Azərbaycan və dünya ictimaiyyətinin nəzər və diqqətinə çatdırmaqdan ibarətdir. “Yaddan çıxmaz Qaraba𔝠aksiyası Gəncə, Lənkəran, Ağdam, Qazax, Füzuli rayonlarında və Bakı, Sumqayıt şəhərlərində keçiriləcək. Bu aksiya çərçivəsində bir sıra dövlət teatrlarında tamaşalar nümayiş olunacaq, eləcə də sərgilər təşkil olunacaq”. Tədbirdə çıxış edən millət vəkili Həvva Məmmədova, Əziz Ələkbərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu “Yaddan çıxmaz Qaraba𔝠adı altında keçirilən mədəni-siyasi aksiyanın davamlı olacağına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, bu gün axşam M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Yaddan çıxmaz Qaraba𔝠mədəni-siyasi aksiyanın rəsmi açılış mərasimi keçiriləcək. Açılış məarsimində “Qarabağın avazı” adlı muğam konserti təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR