Bank Of Baku

“Azərbaycan-Misir mədəniyyəti: dostluq və qardaşlıq rəmzi” adlı tədbir keçirilib

“Azərbaycan-Misir mədəniyyəti: dostluq və qardaşlıq rəmzi” adlı tədbir keçirilib
# 26 oktyabr 2007 14:28 (UTC +04:00)
Bu gün Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Bakıdakı Misir Mədəniyyət Mərkəzi və Heydər Əliyev adına Müasir Təhsil kompleksinin kollektivi birgə “Azərbaycan-Misir mədəniyyəti: dostluq və qardaşlıq rəmzi” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdən öncə kompleksin direktoru Rahim Hüseynov, Misir Mədəniyyət Mərkəzinin direktoru, doktor Adel Dərviş, mərkəzin mədəniyyət üzrə rəhbəri, doktor İmam Bağdadi və Misirdən gəlmiş nümayəndə heyətini komplekslə yaxından tanış edib. Daha sonra qonaqlar onlar üçün təşkil edilmiş konsert proqramına tamaşa ediblər. Konsert proqramında kompleksin tələbələri Azərbaycan və Ərəb dilində şeir və mahnılar söyləyib. Tədbirin sonunda kompleksin direktoru qonaqlara gəldikləri üçün təşəkkürünü bildirib: “Misirdən gələn nümayəndə heyətinin bir qismi hazırda bir neçə təhsil və mədəniyyət ocaqlarındadır. Mən çox şadam ki, bu tədbirlərdən biri də məhz bu məktəbdə təşkil olunub. Azərbaycanla Misir arasında mədəni əlaqələr həmişə olub və mən əminəm ki, bundan sonrada davam edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR