Bank Of Baku

Pekin Universitetində IV Beynəlxalq Mədəniyyət Festivalı keçirilib

Pekin Universitetində IV Beynəlxalq Mədəniyyət Festivalı keçirilib
# 26 oktyabr 2007 14:59 (UTC +04:00)
Pekin Universitetində IV Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. APA-nın xəbərinə görə, festivalın açılış mərasimində Çin Xalq Respublikası hökumətinin və Pekin şəhər meriyasının rəhbər işçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, həmçinin Azərbaycanın ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev və səfirliyin əməkdaşları iştirak ediblər. Festival zamanı Pekində təhsil alan müxtəlif ölkələrin tələbələri tərəfindən musiqi nümunələri ifa edilib, müxtəlif ölkənin mədəniyyəti, turizmi və tarixi əks etdirən stendlər təşkil olunub. Çində təhsil alan azərbaycanlı tələbələrdən ibarət rəqs qrupunun ifasında milli rəqslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Festival günü həmçinin Azərbaycan milli geyimləri, incəsənət və mədəniyyət nümunələrindən ibarət sərgi stend açılıb. Sərgi zamanı səfirliyin nəzdində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan tarixi və mədəniyyətini əks etdirən kinofilm diskləri, kitab, jurnal və şəkillər, o cümlədən mərkəz tərəfindən nəşr olunmuş “Azərbaycan nağılları” kitabı qonaqlara paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR