Bank Of Baku

Xalq rəssamı Kamil Əliyevin barelyefinin açılış mərasimi keçirilib

Xalq rəssamı Kamil Əliyevin barelyefinin açılış mərasimi keçirilib
# 26 oktyabr 2007 15:00 (UTC +04:00)
Bu gün Azərbaycan xalçaçılıq məktəbinin tanınmış nümayəndəsi, xalq rəssamı, professor Kamil Əliyevin yaşadığı evin qarşısında onun barelyefinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kamil Əliyev sənətini yüksək qiymətləndirib və onun müəllifi olduğu xalçaların bir sıra tanınmış insanların evində saxlanıldığını deyib: “Kamil Əliyev Azərbaycan xalçaçılıq sənəti tarixində adı Lətif Kərimovdan sonra çəkilən ikinci sənətkardır. Azərbaycan xalçaçılıq sənətinin inkişafında onun müstəsna xidmətləri olub”. Ə. Qarayev xalçaçı rəssamın Məhəmməd Füzuli, Nizami Gəncəvi, Nəsimi, Puşkin, Heydər Əliyev, Süleyman Dəmirəl və digər şəxsiyyətlərin portretlərini yaratdığını söyləyib. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Kamil Əliyev sənətinin vurğunu olduğunu qeyd edib. Açılış mərasiminə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov və Rəfael Hüseynov da qatılıblar.
Qeyd edək ki, barelyef prezidentin sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb. Barelyefin müəllifi Aslan Rüstəmovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR