Bank Of Baku

Göyçay rayonunda “Nar bayramı” keçirilib

Göyçay rayonunda “Nar bayramı” keçirilib
# 27 oktyabr 2007 13:10 (UTC +04:00)
Bu gün Göyçay rayonunda “Nar bayramı” keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, mərasim Göyçay rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib. Şəhər avtovağzalından başlayaraq şəhər mərkəzinə qədər olan 3 km ərazidə yol boyunca nar və nar məhsulları nümayiş etdirilib. Bayram iştirakçıları məhsulların dadına baxıblar. Bayram mərasimi çərçivəsində müxtəlif yarışlar keçirilib, yeni ailə quran gənclərə Göyçay rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Mərasimdə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç və rayondan seçilmiş millət vəkilləri Şəmsəddin Hacıyevlə Sabir Hacıyev də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR