Bank Of Baku

Şıx çimərliyi yaxınlığında rəssam şəhərciyi salınacaq

Şıx çimərliyi yaxınlığında rəssam şəhərciyi salınacaq
# 30 oktyabr 2007 11:22 (UTC +04:00)
Şıx çimərliyi yaxınlığında rəssam şəhərciyi salınacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev bildirib ki, rəssam şəhərciyi 5 hektar ərazidə tikiləcək. Ərazidə Azərbaycan rəssamlarının yaradıcılıq emalatxanaları, qalereya və gələcəkdə rəssamlar üçün evlərin tikilməsi nəzərdə tutulub. Ə. Qarayevin sözlərinə görə, şəhərciyin tikintisinə gələn ilin ilk yarısında başlanılacaq: “Rəssam şəhərciyi üçün bu müddət ərzində bizə müxtəlif yerləri göstəriblər. Ancaq bizə göstərilən ən gözəl yer Şıx çimərliyi yaxınlığındakı ərazi oldu. Həmin yer əsl rəssam və yaradıcı insan üçündür. Həm işləmək, həm dincəlmək üçün uyğun yerdir”. İttifaq katibinin sözlərinə görə, yeni tikiləcək emalatxanalarda Azərbaycan təsviri sənətinin ən üzdə olan sənətkarları işləmək imkanı əldə edəcəklər. Həmin şəhərcikdə Azərbaycana qonaq gəlmiş incəsənət xadimlərini də qəbul ediləcək. Tikintinin 2009-cu ildə başa çatacağına ümid etdiyini vurğulayan Ə. Qarayev orada tikiləcək hər emalatxananın 50 kvadrat metr olacağını bildirib. Qeyd edək ki, rəssam şəhərciyi ölkə başçısının sərəncamı əsasında tikiləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR