Bank Of Baku

Minskdə əqli mülkiyyət sahəsində qanun pozuntularının qarşısının alınması üzrə əməkdaşlıq haqqında sazişin üzv dövlətlərin işçi komissiyasının 15-ci iclası keçirilib

Minskdə əqli mülkiyyət sahəsində qanun pozuntularının qarşısının alınması üzrə əməkdaşlıq haqqında sazişin üzv dövlətlərin işçi komissiyasının 15-ci iclası keçirilib
# 02 noyabr 2007 15:14 (UTC +04:00)
Oktyabrın 30-31-də Minsk şəhərində əqli mülkiyyət sahəsində qanun pozuntularının qarşısının alınması üzrə əməkdaşlıq haqqında sazişin üzv dövlətlərin işçi komissiyasının 15-ci iclası keçirilib. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyi informasiya şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib. İclasda dövlətlərarası informasiya mübadiləsinin təşkili, müəlliflik hüququ və əlaqəli hüquqların milli məlumat bazalarının formalaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş layihəsi müzakirə olunub. Saziş layihəsini Rusiya Federasiyası tərtib və təqdim edib. Layihə komissiya üzvləri olan 7 dövlətin - Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Qırğızıstan və Belarusun nümayəndələri tərəfindən geniş müzakirə olunub və təkliflər verilib. Qəbul edilən saziş layihəsinin son variantı ilin sonuna kimi MDB hökumətlərinə göndəriləcək. Yeni təkliflər toplanacaq və bu təkliflər 2008-ci ilin birinci rübündə təkrar yığışması nəzərdə tutulan komissiya üzvləri tərəfindən müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR