Bank Of Baku

Azərbaycan rəssamları Münhendə keçiriləcək beynəlxalq rəsm yarışmasında iştirak edəcəklər

Azərbaycan rəssamları Münhendə keçiriləcək beynəlxalq rəsm yarışmasında iştirak edəcəklər
# 05 noyabr 2007 09:14 (UTC +04:00)
Azərbaycan rəssamları gələn il Almaniyanın Münhen şəhərində keçiriləcək beynəlxalq rəsm yarışmasında iştirak edəcəklər. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya deyib ki, müsabiqə rəngkarlıq və qrafika üzrə keçiriləcək. Onun sözlərinə görə, bu müsabiqədə ölkəmizi tanınmış rəssamlardan ibarət nümayəndə heyəti təmsil edəcək. Bununla yanaşı, Azərbaycan Rəssamlar İttifaqının rəhbərliyi Bakıda beynəlxalq səviyyəli rəsm müsabiqəsinin keçirilməsini nəzərdə tutub. Müsabiqənin gələn ilin martında həyata keçirilməsi planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR