Bank Of Baku

Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri təltif edilib

Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri təltif edilib
# 06 noyabr 2007 10:59 (UTC +04:00)
Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2007-ci ildə dövlət başçısının sərəncamı ilə “Şöhrət” ordeni, xalq artisti, əməkdar artist, əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, əməkdar rəssam fəxri adları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatlarını təqdim edib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Ə. Qarayev fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimləri təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb: “Əminəm ki, yüksək mükafatla təltif olunmağınız yaradıcılığınıza müsbət təsir göstərəcək. Çox sevindiricidir ki, bu gün mədəniyyət sahəsinə böyük diqqət yetirilir. İl yarım ərzində mədəniyyət və incəsənət sahəsində 50-yə yaxın sərəncamın imzalanması bunun bariz nümunəsidir. Biz unutmamalıyıq ki, mənəviyyatın əsas sütununu mədəniyyət təşkil edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR