Bank Of Baku

Bakı Şəhər Mədəniyyət İdarəsinin müdiri Həsənağa Qurbanovla vida mərasimi keçirilib

Bakı Şəhər Mədəniyyət İdarəsinin müdiri Həsənağa Qurbanovla vida mərasimi keçirilib
# 06 noyabr 2007 13:18 (UTC +04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bu gün səhər 52 yaşında dünyasını dəyişən Bakı Şəhər Mədəniyyət İdarəsinin müdiri Həsənağa Qurbanovla vida mərasimi keçirilib. APA-nın məlumatına görə, matəm nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin böyük itki ilə üzləşdiyini və bu hadisədən kədərləndiyini bildirib. Nazir mərhumun mədəniyyətimizdəki yerinin daim boş qalacağını bildirib: “Həsənağa Qurbanovla bizim bir sıra planımız var idi. Onun ölüm xəbərini eşidəndə inanmadım. Çox təəssüf ki, Həsənağa bizi tez tərk etdi. Həsənağa Qurbanov 2001-ci ildən Bakı Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsində çalışırdı və öz çiyinlərinə çox ağır yük götürmüşdü”. Mərasimdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi Həsənağa Qurbanovun həyat verdiyi musiqiləri ilə həmişəlik yaddaşlara həkk olunduğunu qeyd edib. Vida mərasimində mərhumun qohumları, xalq artistləri Zaur Rzayev, Azər Zeynalov, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR