Bank Of Baku

Azərbaycanda yaşayan milli azlıqlar və Bakıda fəaliyyət göstərən bir sıra səfirlik xalqlarının və ölkələrinin mədəniyyətini sərgiləyib

Azərbaycanda yaşayan milli azlıqlar və Bakıda fəaliyyət göstərən bir sıra səfirlik xalqlarının və ölkələrinin mədəniyyətini sərgiləyib
# 06 noyabr 2007 13:58 (UTC +04:00)
Bu gün Avropa Şurasının Azərbaycandakı ofisi Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Kampaniya Komitəsi ilə əməkdaşlıqda “Hər kəs fərqli Hər kəs bərabər” kampaniyasının Azərbaycanda bağlanış mərasimini keçirib. APA-nın məlumatına görə, yekun tədbirlərdən biri Dövlət Musiqili Komediya Teatrında keçirilən mədəniyyətlər sərgisi oldu. Azərbaycanda yaşayan tatarlar, Dağıstan xalqlarının nümayəndələri, yəhudilər, eləcə də Bakıda fəaliyyət göstərən Fransa, İtaliya, Norveç, Türkiyə, Latviya, İsrail və digər səfirliklər ölkələrinin mədəniyyətini nümayiş etdirən stendlər quraşdırıb, ölkələrini və xalqlarını təbliğ ediblər. Teatrın ikinci mərtəbəsində əlil uşaqların fotosərgisi keçirilib. Sərgidən sonra konsert keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR