Bank Of Baku

Gələn həftə Ankarada VI Beynəlxalq Atatürk Konqresi keçiriləcək

Gələn həftə Ankarada VI Beynəlxalq Atatürk Konqresi keçiriləcək
# 06 noyabr 2007 14:42 (UTC +04:00)
Noyabrın 12-16-da Ankarada VI Beynəlxalq Atatürk Konqresi keçiriləcək. Konqresin təşkilatçısı Atatürk Kültür, Dil və Tarix Qurumu Atatürk Araştırma Mərkəzidir. APA-nın məlumatına görə, Türkiyə prezidenti Abdullah Gülün himayəsi ilə keçirilən bu toplantıya 63 xarici, 176 yerli olmaqla 239 tədqiqatçı qatılacaq. Toplantı çərçivəsində geniş tərkibli panellər keçiriləcək və 1918-1938-ci illərə aid 228 sənəd müzakirə olunacaq. Konfransın açılış mərasimində prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan, dövlət naziri Mehmet Aydın da qatılacaqlar. Konfransda 4 tədqiqatçıya Türkiyə dövləti adından yüksək mükafat verilməsi nəzərdə tutulur. Toplantılara sədrlik edəcək şəxslər arasında Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov da var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR