Bank Of Baku

Fidan Hacıyevanın “Dağlar küsüb” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib

Fidan Hacıyevanın “Dağlar küsüb” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib
# 07 noyabr 2007 14:08 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, əməkdar artist Fidan Hacıyevanın “Dağlar küsüb” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib. Bəstəkar Nazim Quliyevin şair Məmməd Arazın sözlərinə bəstələdiyi bu mahnını rejissoru Rüfət Əsədov ekranlaşdırıb. Mahnı Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə səsləndirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Fidan Hacıyeva bu mahnını ifa etmək üçün ona Məmməd Arazın həyat yoldaşı Gülxanımın çox böyük köməklik etdiyini bildirib. Sənətçi bundan sonra da Məmməd Araz yaradıcılığına müraciət edəcəyini deyib: “Növbəti dəfə Məmməd Arazın ingilis dilinə tərcümə edilən şerlərinə müraciət edəcəyəm. Onun yaradıcılığını bütün dünyaya yaymaq lazımdır. Qoy bütün dünya ictimaiyyəti Azərbaycan ədəbiyyat nümunələrinin necə yüksək səviyyədə olduğunu bilsinlər. Mahnıda yer alan muğamı mən opera ifaçısı kimi ifa etmişəm. Ümidvaram ki, bu ifa dinləyicilər tərəfindən qənabəxş qarşılanacaq”. Təqdimat mərasimində çıxış edən bəstəkar Nazim Quliyev Fidan Hacıyevanın ifasını bəyəndiyini bildirib. Tədbirdə yazıçı-publisist, millət vəkili Aqil Abbas, “525-ci qəzet”inin baş redaktoru Rəşad Məcid, Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahim və başqaları sənətçiyə təşəkkürlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR