Bank Of Baku

Filarmoniyada xalq şairi Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçirilib

Filarmoniyada xalq şairi Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçirilib
# 08 noyabr 2007 10:05 (UTC +04:00)
Dünən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın tanınmış ziyalıları, millət vəkilləri və dövlət rəsmiləri iştirak ediblər. Z. Yaqub gecədə çıxış edərək keçdiyi həyat yolundan danışıb. 57 yaşlı xalq şairi hələ gənc yaşlarından istər ədəbi yaradıcılığında, istərsə də, ictimai-siyasi fəaliyyətində həmişə xalqın mənafeyindən çıxış etdiyini, dövlətçilik ənənələrinin inkişafına tərəfdar olduğunu, Azərbaycanın bütövlüyünün bərpa olunması istiqamətində çalışdığını deyib. Z. Yaqub bundan sonra da, dövlətin və xalqın keşiyində təmənnasız dayanacağını vurğulayıb. Şairin yaradıcılıq gecəsinə toplaşanlar onun haqqında xoş xatirələrini danışıb, yaradıcılığının məziyyətlərindən söz açıblar. Xalq şairi Nəriman Həsənzadə, professor Vasif Məmmədliyev, yazıçı Azər Turan və digər şəxslər yaradıcılıq gecəsində çıxış edib, Azərbaycanın tanınmış aşıqları şairin sözlərinə yazılmış el havalarını səsləndiriblər. Gecədə, həmçinin Z. Yaqubun haqqında yazılan “Əzəl-axır dünya türkün dünyası” və xalq şairinin Aşıq Hüseyn Saraclıya həsr etdiyi “Saraclı dastanı” kitablarının təqdimat mərasimi keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR