Bank Of Baku

Bakıda keçirilən “Türk xalqları dövlət və cəmiyyətlərinin XI dostluq - qardaşlıq və əməkdaşlıq qurultayı”nda 600-dən artıq nümayəndə iştirak edəcək

Bakıda  keçirilən “Türk xalqları dövlət və cəmiyyətlərinin XI dostluq - qardaşlıq və əməkdaşlıq qurultayı”nda 600-dən artıq nümayəndə iştirak edəcək
# 08 noyabr 2007 13:09 (UTC +04:00)
Noyabrın 17-19-da Azərbaycanda keçirilən “Türk xalqları dövlət və cəmiyyətlərinin XI dostluq - qardaşlıq və əməkdaşlıq qurultayı”nda müxtəlif türk dövlətlərindən 600-dən artıq nümayəndə iştirak edəcək. Bu barədə APA-ya AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov məlumat verib. O bildirib ki, qurultayda müxtəlif bölmələr üzrə məruzələr dinləniləcək, türk dünyasının aktual məsələləri müzakirə olunacaq: “Beynəlxalq əlaqələr, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, iqtisadi məsələlər, bir sözlə türk dünyasının ümumi cəhətləri bu böyük toplantıda geniş müzakirə ediləcək. Belə qurultayın səciyyəvi cəhəti odur ki, bölmələrdəki məruzələr üzrə qətnamə, tövsiyə hazırlanır və bu sənədlər qurultayın ümumi qətnaməsi kimi qəbul olunur”. “Türk dünyasının qədim və zəngin mədəni irsi bəşəriyyətin mədəniyyət xəzinəsinin tərkib hissəsidir” mövzusunda məruzə ilə çıxış edəcəyini deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda keçirilən bu böyük qurultayda ortaq türk dili və əlifbası məsələsi ciddi şəkildə müzakirə olunacaq: “Ortaq türk dili və əlifbasının yaradılması məsələsi qurultayda çox ciddi şəkildə qoyulacaq və bu mövzuda hərtərəfli müzakirə aparılacaq. Eyni zamanda türk epos mədəniyyəti, türk yazılı ədəbiyyatı məsələsi aktual mövzu olacaq. Məruzə və müzakirələrin əsasında isə ümumiyyətlə türk dünyasının dünyadakı mədəni yeri məsələsi dayanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR