Bank Of Baku

Sabah Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək

Sabah Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək
# 09 noyabr 2007 12:21 (UTC +04:00)
Noyabrın 10-da Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, mədəniyyət günlərində respublikamızı təmsil edəcək 80 nəfərlik nümayəndə heyəti artıq Səudiyyə Ərəbistanındadır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinə professorlar Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, ərəb dili mühazirəçisi İlqar Paşayev, Dövlət Rəqs Ansamblı, Muğam Teatrının instrumental ansmablı, Dövlət Pantomima teatrı, solistlər Azər Zeynalov, Mənsum İbrahimov, Cabir Abdullayev, Təyyar Bayramov, Nəzakət Teymurova, Aygün Bayramova, Lalə Məmmədova, Vüsalə İbrahimova və başqaları daxildir. Azərbaycan Mədəniyyəti Günləri ərəfəsində tamaşaçılar rəngkarlıq, xalça, milli geyim, musiqi alətləri, mis əşyalara, musiqi alətləri, mis əşyaları, turizm və miniatrü kitab sərgiləri də nümayiş olunacaq. Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyət Günləri noyabrın 16-na kimi davam edəcək. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası hökuməti ilə Sudiyyə Ərəbistanı Krallığı hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında hökumətlərarası sazişə uyğun olaraq keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR