Bank Of Baku

Rəssam Salar Məmmədovun sərgisinin açılışı olub

Rəssam Salar Məmmədovun sərgisinin açılışı olub
# 09 noyabr 2007 15:20 (UTC +04:00)
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Salar Məmmədovun sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov sərgidə 80-a yaxın əsərin nümayiş etdirildiyini deyib. S. Məmmədovun Azərbaycan incəsənətində önəmli yer tutduğunu bildirən F. Xəlilov, onun yaradıcılığında müxtəlif janrlı əsərlərin yer aldığını vurğulayıb. Açılışı keçirilən sərgidə S. Məmmədovun rəngkarlıq, qrafika janrında əsərlərinin sənətsevərlərin ixtiyarına verildiyini qeyd edib. Qeyd edək ki, sərgi noyabrın 16-na kimi davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR