Bank Of Baku

Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilir

Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilir
# 10 noyabr 2007 09:51 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün açılışı olacaq mədəniyyət günlərində respublikamızı 80 nəfərlik nümayəndə heyəti təmsil edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinə professorlar Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, ərəb dili mühazirəçisi İlqar Paşayev, Dövlət Rəqs Ansamblı, Muğam Teatrının instrumental ansmablı, Dövlət Pantomima teatrı, solistlər Azər Zeynalov, Mənsum İbrahimov, Cabir Abdullayev, Təyyar Bayramov, Nəzakət Teymurova, Aygün Bayramova, Lalə Məmmədova, Vüsalə İbrahimova və başqaları daxildir. Noyabrın 16na kimi davam edəcək Azərbaycan Mədəniyyəti Günləri ərəfəsində rəngkarlıq, xalça, milli geyim, musiqi alətləri, mis əşyalara, musiqi alətləri, mis əşyaları, turizm və miniatrü kitab sərgiləri də nümayiş olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR