Bank Of Baku

ABŞ-dan qayıdan Alim Qasımov Fransaya gedəcək

ABŞ-dan qayıdan Alim Qasımov Fransaya gedəcək
# 10 noyabr 2007 09:59 (UTC +04:00)
Bu il oktyabrın 11-dən ABŞ-da səfərdə olan xalq artisti Alim Qasımov sabah vətənə qayıdacaq. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, “Ağaxan Fondu”nun təşəbbüsü ilə həyata keçirilən bir aylıq turne çərçivəsində A.Qasımovun ABŞ-ın Boston, Klivlent, Aln-Ayova, Nyu-York, Xyuston, Los-Anceles, Santa-Barbara, Çikaqo, Koliforniya ştatlarında konsertləri keçirilib. Hər konsertdə xanəndənin “Ağaxan Fondu” tərəfindən işıq üzü görən diskinin təqdimatı da keçirilib. Səfər çərçivəsində A.Qasımov qızı Fərqanə Qasımova ilə birgə çıxış edib. Konsertlərdə muğam ifaçılarını Rauf İslamov, Ələsgər Məmmədov, Rəfael Ələsgərov və Natiq Şirinov müşayiət edib. Hər konsertdə Alim Qasımovun diskləri satışa çıxarılıb və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu səfərdən qayıdandan sonra xanəndə noyabrın 25-də Fransaya yola düşəcəklər. Səfərin məqsədi bir müddət əvvəl Yo-Yo-Manın rəhbərlik edtiyi “İpək Yolu” ansamblının iştirakı ilə hazırlanan “Leyli və Məcnun” layihəsinin təqdimatı ilə bağlı olacaq. A.Qasımov səfər zamanı Fransada ustad dərsləri də keçirəcək./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR