Bank Of Baku

Əlibəy Hüseynzadənin oğlunun “Avtoportret” əsərini auksionda “İstanbul Modern” muzeyi 30 min dollara satın alıb

Əlibəy Hüseynzadənin oğlunun “Avtoportret” əsərini auksionda “İstanbul Modern” muzeyi 30 min dollara satın alıb
# 10 noyabr 2007 12:50 (UTC +04:00)
Bu barədə APA-nın Türkiyə bürosuna eksklüziv açıqlama verən Türkiyə qalereyaçılığının duayeni, “Galeri Baraz”ın sahibi Yahşi Baraz yaxın gələcəkdə Səlim Turanın əsərlərinin auksionlarda belə tapılmayacağını bildirib: “Səlim Turanı mən 80-ci illərin əvvəllərindən tanımağa başlamışam. O, 1946-cı ildən etibarən Fransada yaşayan məşhur türk rəssamı idi. Səlim Turan fransız mədəniyyətinin və intellektual mühitinin içərisinə düşən bir sənətkar kimi tanınırdı. Turan Hans Hoffman adlı sənətkarın assistenti olmuş, 1946-65-ci illərdə Parisdə fəaliyyət göstərən “Abstrakt sənətkarlar”la eyni səviyyədə əsərlər yaratmışdı. 80-ci illərin ortalarında Türkiyəyə qayıdandan sonra onunla yaxın dostluğumuz oldu. Səlim Turan mükəmməl dost idi. O, heç vaxt intellektual səviyyəsini gözə soxmazdı sual veriləndə gözlənilməz şəkildə geniş məlumatlarla danışardı bu, onu tanıdığım ilk illərdə məndə heyrət oyatmışdı. Türkiyədə insanlar çox az bilgi ilə çox bilgili insan kimi danışırlar, Ancaq Səlim Turanın şəxsiyyətində bunun əksini görürdük. Parisi onunla birlikdə gəzmişəm. Səlim Turan Parisi ovcunun içi kimi tanıyırdı və mən də ondan Parisdə çox şey öyrəndim”. Yahşi Baraz Bakıda Səlim Turanın muzeyinin açılması niyyəti olsa, bunun üçün özəl kolleksiyalardan, qalereyalardan Səlim Turanın əsərlərinin toplanmasına yardım edə biləcəyini deyib: “Çəkdiyim fotoları, bir-birimizə yazdığımız məktubları da məmnuniyyətlə muzeyə təqdim etməyə hazıram. Auksionda satılmış “Avtoportret”in də muzeydə olmasını arzu edərdim. Bu portreti “İstanbul Modern” muzeyi satın aldı ki, bu da yaxşı oldu. Çünki gələcəkdə tamaşaçılar bu əsəri həmişə görə biləcəklər. Azərbaycandan belə niyyət olarsa, Səlim Turanın əsərlərini toplamağa hazıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR