Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik olub

Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik olub
# 14 noyabr 2007 10:32 (UTC +04:00)
Azərbaycan Respublikasının baş nazirinin dünən imzaladığı qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik olunub. Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin İsa oğlu Qurbanov nazirliyin kollegiyasının tərkibinə daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya bildirdiyinə görə, Firudin Qurbanov dörd ay öncə bu vəzifəyə təyin olunub. O, əvvəllər Gənclər və İdman Nazirliyində elm və təhsil şöbəsinin rəhbəri vəzifəsində çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR