Bank Of Baku

Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyət Günləri başa çatıb

Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyət Günləri başa çatıb
# 16 noyabr 2007 11:44 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyət Günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, noyabrın 10-da start götürən mədəniyyət günlərində respublikamızı 80 nəfərlik nümayəndə heyəti təmsil edib. 6 gün ərzində Azərbaycan Dövlət Rəqs Ansamblı, Muğam Teatrının instrumental ansamblı, solistlər Azər Zeynalov, Mənsum İbrahimov, Cabir Abdullayev, Təyyar Bayramov, Nəzakət Teymurova, Aygün Bayramova, Lalə Məmmədova, Vüsalə İbrahimova və başqalarının iştirakı ilə konsertlər keçirilib. Bununla yanaşı, Mədəniyyət Günlərində Dövlət Pantomim Teatrının yaradıcı kollektivinin ifasında tamaşalar, rəngkarlıq, xalça, milli geyim, mis əşyalara, musiqi alətləri, turizm və miniatür kitab sərgiləri də nümayiş etdirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətində professorlar Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, ərəb dili mühazirəçisi İlqar Paşayev də təmsil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR