Bank Of Baku

Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondu yaradılıb

Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondu yaradılıb
# 20 noyabr 2007 12:48 (UTC +04:00)
Bakıda Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondu yaradılıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının katibi, fondun vitse-prezidenti Ənvər Qarayev deyib. Fondun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə yaradıldığını bildirən Ə. Qarayev fondun binasının Badamdarda yerləşdiyini vurğulayıb: “Hazırda fondda yeni xalçalardan ibarət ekspozisiya hazırlanır. Fondun yaradılmasında əsas məqsəd Azərbaycan xalçaçılıq sənətini dünyada tanıtdırmaq və Azərbaycanın daxilində xalçaçılıq sənətinin inkişaf etdirilməsidir. Hər birimizə məlumdur ki, Azərbaycan xalçaları dünyada bəzən İran, erməni xalçası kimi təqdim olunur. Fondun fəaliyyəti bu cür söz-söhbətlərə son qoyacaq. Artıq bütün dünya ictimaiyyəti xalçaçılıq sənətinin ən qədim nümunələrinin bizə məxsus olduğunu şahidi olacaq”. Ə. Qarayev deyib ki, fondda Lətif Kərimovun kataloqu hazırlanacaq. Fondun təqdimatının dekabrda keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR