Bank Of Baku

Astanada TÜRKSOY-a daxil olan ölkələrin mədəniyyət nazirlərinin növbəti toplantısı keçiriləcək

Astanada TÜRKSOY-a daxil olan ölkələrin mədəniyyət nazirlərinin növbəti toplantısı keçiriləcək
# 20 noyabr 2007 14:15 (UTC +04:00)
Noyabrın 28-29-da Qazaxıstanın paytaxtı Astanada TÜRKSOY-a daxil olan ölkələrin mədəniyyət nazirlərinin 24-cü toplantısı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, toplantıya Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılacaq. Nümayəndə heyətində nazirliyin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, beynəlxalq təşkilatlarla əməkdaşlıq, proqramlar sektorunun müdiri Yaşar Hüseynli və rəqs kollektivləri təmsil olunacaq. İ. Hümbətov yığıncaqda TÜRKSOY-un baş direktorunun müəyyənləşdiriləcəyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR