Bank Of Baku

Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti günləri keçirilib

Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti günləri keçirilib
# 21 noyabr 2007 09:25 (UTC +04:00)
Noyabrın 10-17-də Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Ər-Riyad, Ciddə və Dəmman şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilib. APA-nın məlumatına görə, mədəniyyət günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycanın elm və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti SƏK-da səfərdə olub. Azərbaycan mədəniyyət günlərinin açılış mərasimi noyabrın 10-da Ər-Riyadda keçirilib. Mərasimi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Ə.Qarayev, SƏK tərəfdən mədəniyyət məsələləri üzrə dövlət naziri Səud bin Səid Əl-Müthəmi açıb. Həmin gün Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsertlər təşkil edilib. Ölkəmizin sənət nümunələri xarici diplomatik korpus, Səudiyyə vətəndaşları və SƏK-də müvəqqəti yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb. Konsert proqramı ilə yanaşı, Azərbaycan-SƏK əlaqələrinə həsr olunmuş elmi simpozium keçirilib. Simpoziumda Azərbaycanın görkəmli alimləri - filologiya elmləri doktorları Vasim Məmmədəliyev, Qəzənfər Paşayev və İlqar Paşayev çıxış ediblər. Azərbaycan ziyalıları iki ölkə arasında mövcud olan tarixi-mədəni əlaqələrdən bəhs etmiş və simpozium iştirakçılarının suallarını cavablandırıblar. Bu tədbirlər Dəmman və Ciddə şəhərlərində də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR