Bank Of Baku

Əbülfəs Qarayev Mədəniyyət Nazirlərinin V İslam Konfransında iştirak etmək üçün Liviyaya gedib

Əbülfəs Qarayev Mədəniyyət Nazirlərinin V İslam Konfransında iştirak etmək üçün Liviyaya gedib
# 21 noyabr 2007 12:02 (UTC +04:00)
Bu gün Liviya Cəmahiriyyəsinin Tripoli şəhərində öz işinə başlayan Mədəniyyət Nazirlərinin V İslam Konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və onu müşayiət edən şəxs qismində nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konfrans “İslam dünyasında mədəniyyət siyasəti: keçmişə əsaslanaraq gələcəyi qurmaq” mövzusundadır. Konfransda mədəniyyət və turizm naziri Ə. Qarayev tərəfindən islam dünyası üçün mədəniyyət strategiyasının həyata keçirilməsi üzrə Azərbaycanın milli hesabatı təqdim olunacaq. Konfrans ərzində nazirin Misir, İran, İordaniya, Qazaxıstan, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı və Türkiyə kimi dövlətlərin yüksək səviyyəli nümayəndələri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanın nümayəndə heyəti tərəfindən İslam Konfransı Təşkilatı üzv dövlətlərinin mədəniyyət nazirlərinin növbəti konfransının Bakıda keçirilməsi təklifi irəli sürüləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR