Azərbaycanda “Dünya Mədəniyyəti Gözəli” yarışması keçiriləcək
Tədbirdə çıxış edən Kamal Cenk İçten müsabiqənin Azərbaycan üçün çox önəmli olduğunu qeyd edib: “Bu yarışma nə “Best Model”, nə də digər yarışmaların təkrarı deyil. Bu yarışma tam milli şəkildə həyata keçiriləcək və burada iştirak edəcək gözəllər açıq-saçıq geyimlərdə səhnəyə çıxmayacaqlar. Bu yarışmada çimərlik geyimlərində səhnəyə çıxmaq etapı da olmayacaq. Yarışmanın qalibi isə öz ölkəsinin milli geyimini, adət-ənənəsini və tarixini bilən iştirakçı seçiləcək”. Layihənin Azərbaycandakı təşkilatçısı Tolik yarışmanın final gecəsinin məhz Azərbaycanda keçiriləcəyini vurğulayıb: “Biz yarışmaya iştirakçıların qatılması üçün efir reklamına dekabrın 15-də başlayacağıq. Yanvarın 3-də isə bütün reklamlara son qoyulacaq. Yarışmada iştirak etmək istəyi olan qızlar arasından 16 nəfər seçilib müsabiqəyə vəsiqə qazanacaq. 16 iştirakçının ailəsi ilə müqavilə bağlanacaq, çünki həmin qızlar bir ay müddətində oteldə qalacaq və mədəniyyət dərsləri keçəcəklər. Eyni zamanda iştirakçılar Azərbaycanın bölgələrinə gedəcək və tarixi haqqında bilgilər əldə edəcək. Biz hər gün canlı kamera vasitəsi ilə iştirakçılara bağlanacağıq. Müsabiqə həftədə 2 dəfə canlı yayımlanacaq və hər həftə müsabiqəni bir iştirakçı tərk edəcək. Həftənin qalibi SMS-lə seçiləcək. Sonluğa qalan üç iştirakçı arasında isə seçimi münsiflər heyəti edəcək. Müsabiqənin münsiflər heyətində xalq artisti Afaq Məlikova, millət vəkili Lalə Abbasova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və müğənni Röya Ayxan təmsil olunacaq. Qalib digər müsabiqələrdəki kimi pulla yox, tam şəffaf şəkildə seçiləcək. Həm də biz müsabiqə iştirakçılarını satmaqla məşğul olmayacağıq. Biz təmiz iş görəcəyik”.
Yanvarın 29-da İzmirdə keçiriləcək müsabiqənin ilk versiyasında dünyanın 22 ölkəsindən nümayəndə iştirak edəcək: “Yarışmanın final gecəsi isə martda Bakıda Bakı Əyləncə Mərkəzinin böyük zalında təşkil olunacaq və gecə Türkiyə telekanallarından biri vasitəsi ilə dünyanın 112 ölkəsinə yayımlanacaq. Yarışmaya qatılacaq 22 ölkənin nümayəndəsi ikinci turda Azərbaycanın milli geyimlərini nümayiş etdirəcək. Müsabiqədə iştirak edən ölkələrin münsiflər heyətinin üzvlərinin iştirakı ilə seçiləcək qalib bir il ərzində öz ölkəsini beynəlxalq səviyyəli yarışlarda təmsil edəcək və bu müddət ərzində ölkəsinin siması olacaq. Eyni zamanda qalib bahalı avtomobilin sahibi olacaq. Hazırda biz bununla bağlı danışıqlar aparırıq”. Tolik bildirib ki, müsabiqə ilə bağlı noyabrın 30-da yeni mətbuat konfransı keçiriləcək ki, tədbirdə “Rezonans” şirkətinin rəhbəri Sua Özgər, Gönül Yazar və münsiflər heyətinin üzvləri iştirak edəcək. Tolikin sözlərinə görə, müsabiqə iştirakçıları modelyer Fəxriyyə Xələfovanın kolleksiyasını geyinəcək. /APA/
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB