Bank Of Baku

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi: “Bülənt Ərsoyun azərbaycanlılarla bağlı açıqlamasına rəsmi münasibət bildirilməyəcək”

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi: “Bülənt Ərsoyun azərbaycanlılarla bağlı açıqlamasına rəsmi münasibət bildirilməyəcək”
# 23 noyabr 2007 14:46 (UTC +04:00)
“Bülənt Ərsoy rəsmi şəxs olmadığından, müğənninin Azərbaycanla bağlı söylədiklərinə rəsmi münasibət bildirilməyəcək”. Bu açıqlama APA-nın Türkiyə bürosuna həmin ölkənin Mədəniyyət və Turizm Nazirliyindən verilib. Nazirlikdən qeyd edilib ki, müğənninin sözlərinə Azərbaycandan olan reaksiyaları onun çıxış etdiyi televiziya kanalına və təşkilatçı şirkətə bildirmək daha doğrudur: “Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesinə də müraciət edilə bilər. Müğənninin sözlərinə rəsmi heç bir açıqlama verilməyəcək, çünki Bülənt Ərsoyun sözləri onun şəxsi fikridir. Nazirliyimizin adının bu məsələdə hallanmasını da istəmirik”. Qeyd edək ki, Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy azərbaycanlılar haqqında “mənşəyi məlum olmayan millət” ifadəsini işlədib. O, azərbaycanlıların Qarabağı satdığını, “Sarı gəlin” mahnısının erməni mahnısı olduğunu da bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR