Bank Of Baku

Bakıda İran kitabları həftəsinin açılışı olub

Bakıda İran kitabları həftəsinin açılışı olub
# 26 noyabr 2007 13:26 (UTC +04:00)
Bu gün Kitab Klubunda İran kitabları həftəsinin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Kitab Klubunun rəhbəri Elxan Rzayev bildirib ki, kitab həftəsi “Xarici ölkələrin kitabları ilə tanışlıq adlı” layihə çərçivəsində həyata keçirilir. O, sərgidə həm İran, həm də Azərbaycan nəşriyyatlarının müxtəlif mövzuda və çeşiddə 200-dən artıq kitabının nümayiş olunduğunu deyib: “Nümayiş etdirilən kitablar içərisində fars dilindən başqa, Azərbaycan, ingilis, rus və digər dillərdə kitablar da var. Əski əlifba ilə çap olunmuş Azərbaycan dilində kitablar da az deyil. Tehranda çap olunmuş 45 cildlik İslam Ensiklopediyasının ilk 11 cildi də nümayiş etdirilən ədəbiyyat sırasındadır”. Tədbirdə media nümayəndələri ilə yanaşı, Azərbaycan nəşriyyatlarının, İranın “Əl Hoda” dövlət nəşriyyatının nümayəndələri və İran Mədəniyyət Mərkəzinin rəhbərliyi də iştirak edib. Sərgi dekabrın 10-na qədər davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR