Bank Of Baku

Memarlar İttifaqı katibliyinin növbəti iclası keçirilib

Memarlar İttifaqı katibliyinin növbəti iclası keçirilib
# 28 noyabr 2007 14:50 (UTC +04:00)
Azərbaycan Memarlar İttifaqı katibliyinin növbəti iclası keçirilib. İttifaqdan APA-ya verilən məlumata görə, iclasda yaxın vaxtlarda keçiriləcək plenuma hazırlıq tədbirləri müzakirə olunub. Əsas məsələlərdən biri Memarlar İttifaqının yaradıcılıq komissiyalarının təşkili və tərkibinin müzakirəsi olub. Qərara alınıb ki, bir sıra ənənəvi yaradıcılıq komissiyaları ilə yanaşı, yeni peşəkarlıq kollegiyası təşkil olunsun. Bu kollegiya memarlar arasında, memarlarla sifarişçilər arasında hər hansı mübahisəli hal yarandıqda, ədalətli qərar qəbul etmək və tövsiyələr vermək, memarlıq sənətinə xələl gətirənlərin qarşısını almaq, onlara sənətin xüsusiyyətlərini və cəmiyyətdə mahiyyətini anlatmaq vəzifələrini icra edəcək. Üzvlük haqlarının toplanması məsələsi də katiblik tərəfindən müzakirə olunub. Üzvlük haqqının məbləği və təqaüdçü memarların ondan azad olunması təklifi də katiblik tərəfindən plenumun müzakirəsinə təqdim olunacaq. Plenumda Memarlar İttifaqına yeni qəbul qaydaları və ictimai şəhərsalma şurasının yaradılması da müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR