Bank Of Baku

İstanbulda açılan yeni sənət qalereyasında azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilir

İstanbulda açılan yeni sənət qalereyasında azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilir
# 30 noyabr 2007 14:29 (UTC +04:00)
İstanbulun Təşvikiyyə məhəlləsində açılan “Seven” qalereyası sənət dünyasına ilk addımını azərbaycanlı rəssamların yağlı boya tablolarını nümayiş etdirərək atıb. Bu gün açılan sərgidə İstanbulda yaşayıb-yaradan azərbaycanlı rəssamlar - Hümbət Qaraca, Həsənağa Məmmədov (Həsən Daşdəmir), Ziyad Sultanov və Sabir Mehdiyevin müxtəlif janrlarda çəkdikləri yağlı boya əsərləri tamaşaçıların mühakiməsinə təqdim edilib. Qalereyanın sahibi Sinan Seven APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin sənət həyatında özünə yer tutmuş azərbaycanlı rəssamlarla yaxın əməkdaşlıq şəraitində işləyəcəklərini bildirib: “Həsən Daşdəmir və Hümbət Qaraca türk sənətsevərlərinin çox yaxından tanıdığı sənətkarlardır. Təsadufi deyil ki, biz bu iki rəssamın fərdi sərgilərini açmaq üçün 1 il sonraya onlarla müqavilə imzalamışıq. Həm Daşdəmir, həm də Qaraca Türkiyənin sənət həyatında özlərini çoxdan təsdiqləmiş rəssamlardır. Onların türk rəsm sənətinin inkişafına verdikləri töhfələr unudulmazdır. Müasir türk rəsm sənətində peyzaj janrında usta rəssamlar az olduğuna görə, Həsən Daşdəmir və Hümbət Qaracanın tabloları qalereya və auksionlarda tezliklə öz müştərilərini tapır”. Azərbaycanlı rəssamların əsərləri noyabrın 30-na qədər nümayiş etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR