Bank Of Baku

Bakı 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub

Bakı 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub
# 30 noyabr 2007 14:30 (UTC +04:00)
21-23 noyabr tarixlərində Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması” mövzusunda İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin mədəniyyət nazirlərinin V Konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Məlumatda bildirilib ki, İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin V Konfransının iştirakçıları Mədəniyyət və Turizm Nazirliyinin müvafiq təklifini yekdilliklə dəstəkləyərək, təşkilata üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransının 2009-cu ildə Bakıda keçirilməsinə dair qərar qəbul ediblər. Həmçinin Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Konfrans zamanı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin fəal iştirakçısı olduğu İslam Dünyası üçün Mədəni Strategiyanın Tətbiqi üzrə Məşvərət Şurası tərəfindən işlənib hazırlanmış “Müsəlmanların İnkişaf və Sivilizasiya Missiyası üçün Mədəni Həmrəylik Strategiyası”, “Üzv dövlətlərdə aparılan mədəniyyət siyasətlərinin yeniləşməsi və beynəlxalq dəyişiklərə uyğunlaşdırılmasına dair Fəaliyyət Planı”, “İslam Dünyasında informasiya-kommunikasiya texnologiyalarinin inkişafi Strategiyası” və s. mühüm sənədlər qəbul edilib. Konfransın açılışında çıxış edən İSESKO İslam Elm, Təhsil, Mədəniyyət Təşkilatının Baş Direktoru cənab Əbdüləziz Osman Əltüvəycrinin məruzəsində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti xüsusilə pislənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR