Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi məsələsi beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmalıdır”

Əbülfəs Qarayev: “Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi məsələsi beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmalıdır”
# 03 dekabr 2007 15:59 (UTC +04:00)
“Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktları ilə əlaqədar olaraq Azərbaycan Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etmişdi. Həmin təşkilat tərəfindən Azərbaycan tərəfinə “bu, bizim səlahiyyətimizdə deyil” bildirilsə də, məsələ beynəlxalq hüquq normalarına uyğun bir şəkildə həll olunmalıdır. Biz də öz tərəfimizdən müəyyən müraciətlər artıq hazırlayırıq”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün jurnalistlərə verdiyi açıqlamasında bildirib. Nazirin sözlərinə görə, əgər Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu məsələ ilə maraqlanmırsa, deməli, məsələ hansısa bir ali orqan, məhkəmə və ya hər hansı beynəlxalq təşkilat çərçivəsində fəaliyyət göstərən hüquq təşkilatları müstəvisində həll olunmalıdır: “Biz indi onlara müraciət göndəririk və mübarizəmizi davam etdiririk”. Nazir bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu kimi hallara qarşı mübarizə aparmalı, ermənilərin bu xülyalarına dərhal cavab verməlidir: “Bu məsələ bütün xalqı narahat edir, bu məsələnin həlli bir məmurdan asılı deyil. Nəticədə həm ermənilər, həm də dünya ictimaiyyəti biləcək ki, bu, təkcə bir-iki məmuru deyil, bütün xalqı narahat edən məsələdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR