Bank Of Baku

Moldovada 6-10 dekabrda Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunan tədbirlər keçiriləcək

Moldovada 6-10 dekabrda Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunan tədbirlər keçiriləcək
# 05 dekabr 2007 14:33 (UTC +04:00)
6-10 dekabrda Azərbaycan mədəniyyəti, incəsənətini daha yaxından tanıtmaq məqsədi azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Moldovaya yola düşəcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nümayəndə heyətinə nazir müavini İntiqam Babayev rəhbərlik edəcək. Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Moldova Respublikasının Maarif, Gənclər və İdman Nazirliyi arasında imzalanan gənclərlə iş və idman sahəsində tədbirlər planına əsasən həyata keçirilir. Gənc ifaçılardan Zaur Əmiraslanov, Fuad Musayev, “Nero” rəqs qrupu Azərbaycanın milli və müasir musiqilərini, rəqslərini tamaşaçılara təqdim edəcəklər. Bununla bərabər, nümayəndə heyətində təmsil olan digər yaradıcı gənclərin Azərbaycanın təbiətini təsvir edən foto rəsmləri, çay daşları üzərində hazırlanmış rəsm əsərləri, milli mətbəximizin ləziz təamları Moldovada nümayiş olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR