Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorları Odessada keçiriləcək Beynəlxalq Operetta Festivalında iştirak edəcək

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorları Odessada keçiriləcək Beynəlxalq Operetta Festivalında iştirak edəcək
# 12 dekabr 2007 11:35 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorları 2008-ci ilin aprelində Odessa şəhərində keçiriləcək Beynəlxalq Operetta Festivalında iştirak edəcək. Bunu APA-ya açıqlamasında teatrın direktoru, əməkdar incəsənət xadimi Elxan Ocaqov deyib. Teatr kollektivinin bu festivalda ilk dəfə təmsil olunacağını bildirən E. Ocaqov artıq festivala qatılacaq aktyor heyətinin müəyyənləşdirildiyini söyləyib. Bununla yanaşı, teatr kollektivi Parisdə keçiriləcək Beynəlxalq Teatr Festivalına da dəvət alıb. E.Ocaqov deyib ki, 2008-ci ildə Musiqili Komediya Teatrı Odessa, Novosibirsk və Gürcüstan teatrları ilə əməkdaşlıq edəcək, azərbaycanlı aktyorlar sözügedən teatrların kollektivlərinin tərkibində çıxış edəcək: “Əməkdaşlıq qarşılıqlı şəkildə olacaq. Apreldə Odessa Teatrının aktyorları Bakıya, yerli aktyorlarımız isə Odessaya gedəcək. Bu proses eləcə də Gürücstan və Novosibirsk teatrlarının kollektivləri eyni şəkildə həyata keçiriləcək. Bundan başqa, gələn il Musiqili Komediya Teatrı Amerika Səfirliyi ilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində Amerikadan Azərbaycana dəvət olunacaq rejissor teatrda müzikl qoyacaq. Hazırlanacaq müziklin Amerikada nümayiş etdirilməsi də nəzərdə tutulub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR