Bank Of Baku

Azərbaycanda Teatr Studiyasının yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib

Azərbaycanda Teatr Studiyasının yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib
# 13 dekabr 2007 08:39 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rəhbərliyi Teatr Studiyasının yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Bunu APA-ya teatrın direktoru, əməkdar incəsənət xadimi Elxan Ocaqov deyib. E. Ocaqovun sözlərinə görə, Teatr Studiyasının yaradılması istedadlı gənclərin üzə çıxarılmasına yardımçı olacaq: “Operetta janrı olduqca çətin janrdır. Bu janrda həqiqətən istedadlı olan gəncləri axtarıb tapmaq üçün studiya bizə çox lazımdır. Seçilən gənclərin ən istedadlılarını daha sonra teatrımızda işə götürəcəyik”.
Teatr rəhbəri bildirib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Teatr Studiyasının yaradılması üçün şifahi razılığını verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR