Bank Of Baku

Xədicə Abbasova: “Sənətdən uzağam, hazırda bizneslə məşğulam”

Xədicə Abbasova: “Sənətdən uzağam, hazırda bizneslə məşğulam”
# 17 dekabr 2007 13:29 (UTC +04:00)
Sənətdən tamamilə uzaqlaşdığını açıqlayan Xədicə Abbasova bildirib ki, Bakıya səfərdə məqsəd mərhum bəstəkar Emin Sabitoğlunun sabah Musiqili Komediya Teatrında keçiriləcək yubiley mərasimində iştirak etməkdir: “Mənim səfərimin əsas məqsədi Emin Sabitoğlunun yubiley mərasiminin hazırlığında və tədbirin özündə iştirak etməkdir. Elə indi yubiley mərasiminin hazırlıq işləri ilə məşğuluq. Hazırda bizneslə məşğulam, bir sözlə sənətdən uzağam. Ancaq işlərim çox yaxşı gedir. Kasablankada yaşayıram, ancaq Türkiyədə evim var”. Dekabrın 22-nə kimi Bakıda olacaq sənətçi bir sıra tədbirlərdə iştirak etməyi və televiziya proqramlarına qatılmağı nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR