Bank Of Baku

Moskvada “İlin ən yaxşı layihəsi” beynəlxalq müsabiqəsində Azərbaycan memarları dörd yüksək mükafat alıblar

Moskvada “İlin ən yaxşı layihəsi” beynəlxalq müsabiqəsində Azərbaycan memarları dörd yüksək mükafat alıblar
# 19 dekabr 2007 11:33 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları Voloq şəhərində keçirilmiş tələbələrin diplom işlərinin müsabiqəsində dörd I dərəcəli diploma layiq görülüblər. Bu barədə APA-ya Azərbaycan Memarlar İttifaqından məlumat verilib. Bununla yanaşı, Moskva şəhərində keçirilmiş MDB, Şərqi Avropa və yaxın Asiya ölkələrinin memarlarının əsərlərinin “İlin ən yaxşı layihəsi” beynəlxalq baxış-müsabiqəsində Azərbaycan memarları dörd yüksək mükafatla fərqləniblər. Nəriman İmaməliyev, Ravil Babilov, Kamal Musaxanov, Elçin Əliyev, İlqar Bəylərov və Emil Hüseynovun müsabiqəyə təqdim etdikləri layihələr yüksək qiymətləndirərək mükafatlandırılıblar. Yerli memarlar gələcəkdə keçirilən memarlıq müsabiqələrinə də dəvət olunublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR