Bank Of Baku

Azərbaycan Dövlət Dillər İnstitutunda Mikayıl Müşfiqin 100 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Dillər İnstitutunda Mikayıl Müşfiqin 100 illik yubileyi qeyd edilib
# 19 dekabr 2007 13:23 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Dillər İnstitutunda (ADDİ) Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatın görə, mərasimdə çıxış edən tədqiqatçı Gülhüseyn Hüseynoğlu bildirib ki, 1937-ci ilin repressiyasına məruz qalan M. Müşfiq 1938-ci il yanvarın 6-da Bakı buxtasının yaxınlığında yerləşən Nargin adasında bolşeviklər tərəfindən güllələnib. M. Müşfiqin yaradıcılığını 50 ildən artıqdır ki, tədqiq etdiyini deyən G. Hüseynoğlunun sözlərinə görə, Müşfiqsiz Azərbaycan poeziyasını düşünmək mümkün deyil. Tədqiqatçı M. Müşfiqin həyat və yaradıcılığı ilə bağlı tələbələrin ünvanladığı sualları da cavablandırıb. Sonra tələbələrin ifasında M. Müşfiqin şerləri səslənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR