Bank Of Baku

Gürcüstanda Azərbaycan məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib

Gürcüstanda Azərbaycan məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib
# 19 dekabr 2007 13:51 (UTC +04:00)
Gürcüstanda Azərbaycan məktəblərinin şagirdləri arasında keçirilən ikinci rəsm müsabiqəsinə yekun vurulub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, “Dostluq yolları” mövzusunda keçirilən müsabiqədə Marneuli rayonunu 1 saylı Sadaxlı, 1 saylı Marneuli şəhər məktəbləri, Qardabani rayonunu Ağtəhlə, Qaratəhlə, Soğanlıq və Qaracalar kənd məktəbləri, Bolnisi rayonunu Aşağı Qoşakilsə və Kəpənəkçi məktəbləri, Dmanisi rayonunu Yuxarı Orzuman, Dağ Arıxlı, Hamamlı və Qəmərli kənd məktəbləri təmsil edib. Tiflisdən isə müsabiqəyə 73 və 64 saylı məktəblərin şagirdləri qatılıb. Qalib gələn şagirdlərə xüsusi mükafatlar və sertifikatlar verilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Giya Xubua və başqa şəxslər iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR