Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 28 dekabr 2007 10:50 (UTC +04:00)
O, 2007-ci ildə Azərbaycan dövlətinin mədəniyyət və turizm sahəsində bir sıra nəticələrə nail olduğunu bildirib: “Hesabat dövrü ərzində nazirlik müvafiq sahələr üzrə 150-yə yaxın dövlət əhəmiyyətli tədbir keçirilib. Dövlət teatrlarında 80 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanıb, ənənəvi olaraq Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilib. Cari ildə Almas İldırım, Hüseyn Cavid, Molla Pənah Vaqif kimi görkəmli sənətkarların yaradıcılığı daha dərindən araşdırılıb və təbliğ olunub”. Nazir Hüseyn Cavidin 125 illik yubileyinin, Mstislav Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalının, “Azərbaycan Musiqi Festivalının” keçirilməsini, eləcə də Dövlət Kukla Teatrının əsaslı təmirdən sonra istifadəyə verilməsini ilin ən önəmli mədəni tədbirləri olduğunu vurğulayıb. Əbülfəs Qarayev cari ilin 15-19 aprel tarixlərində Moskvada, 21-24 may tarixlərində Belarusda, 26-29 may tarixlərində Moldovada Azərbaycan Mədəniyyət Günlərinin böyük uğurla həyata keçirildiyini qeyd edib: “İyunun 7-də keçirilən 52-ci Venesiya Biennalesində ilk dəfə olaraq Azərbaycan pavilyonunun açılışı Azərbaycan mədəniyyəti tarixində çox böyük hadisədir. Cari ilin avqustunda İsveçrədə keçirilən Möntr Caz Festivalında azərbaycanlı Şahin Növrəslinin iştirakı və ikinci yer qazanması bu ilin uğurlu tədbirləri sırasına daxildir. Bu il ərzində dövlət başçısının sərəncamları ilə 200 nəfərdən çox mədəniyyət xadimi yüksək dövlət təltiflərinə, fəxri adlara, xüsusi təqaüdlərinə layiq görülüb”. Nazirin sözlərinə görə, cari ildə kitabxana və muzey sahəsinin inkişafı üçün bir sıra addımlar atılıb. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsində 4500-dən artıq kitabxana və kitabxana filialı fəaliyyət göstərir. 2007-ci ildə kitabxanalara 800 mindən çox yeni kitab daxil olub. Nazir bildirib ki, cari ildə Azərbaycanda 19 yeni muzey yaradılıb və onların fəaliyyəti rəsmiləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin tikinti planına əsasən, 2007-ci ildə Üzeyir Hacıbəyovun ev-muzeyinin inzibati binasında təmir və yenidənqurma işləri, Məmməd Səid Ordubadinin xatirə muzeyində və Mstislav Rostropoviçin ev muzeylərində təmir və bərpa işləri görülüb. 2007-ci ildə nazirliyin sifarişi ilə Qəbələ rayonunun Həzrə kəndindəki Türbələr kompleksində, Quba rayonunun Rustov kənd məscidində, Balakən şəhərindəki Minarəli məsciddə, Zaqatala şəhərindəki qala divarlarında, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndindəki “Pir Hüseyn” xanəgahında, Astara rayonunun Ərçivan kəndindəki “Ələm”də təmir-bərpa işləri aparılıb, Qax rayonunun İlisu kəndindəki “Sumuqqala” abidəsinin sel sularından mühafizəsi ilə bağlı müvafiq işlər görülüb. Ə. Qarayev cari ildə mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri olan kino sənətinin inkişafına da şərait yaradıldığını vurğulayıb. Dövlət Film Fondunda 30 minə yaxın film eksponatının saxlanılması üçün şərait yaradıldığını qeyd edən nazir, fonddakı bütün foto toplusunun kompüterdə arxivləşdirildiyini bildirib. Bundan başqa Azərbaycanın xaricdəki nümayəndəliklərinin istifadə etməsi üçün milli filmlərin DVD ehtiyatı yaradılıb və 100-dən artıq film Xarici İşlər Nazirliyinə təqdim edilib. Nazir bildirib ki, cari ildə nəşriyyat işinin gücləndirilməsi, xarici şirkətlərlə əməkdaşlıq və turizm sahəsinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR