Bank Of Baku

Tahir Əmiraslanov: “Milli Kulinariya Mərkəzinin yer problemi həll olunmasa, mərkəzdən gedəcəyəm”

Tahir Əmiraslanov: “Milli Kulinariya Mərkəzinin yer problemi həll olunmasa, mərkəzdən gedəcəyəm”
# 28 dekabr 2007 12:16 (UTC +04:00)
Bakı Turizm İnformasiya Mərkəzində Azərbaycan kulinarlarının İstanbulda keçirilmiş beynəlxalq kulinariya çempionatında iştirakına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çempionatda Azərbaycanı gənc və peşəkar kulinarlardan ibarət iki komandanın təmsil etdiyini deyib. Azərbaycanın milli komandasının 27 sinif yarışmasında iştirak etdiyini bildirən mərkəz rəhbəri, kulinarlarımızın bu yarışlarda 4 sinifdə gümüş, 5 sinifdə bürünc və 6 sinifdə sertifikat qazanıldığı vurğulayıb. Çempionatda iştirak edən 18 ölkə sırasında ən çox qızıl medalı Koreya və Türkiyə komandaları qazanıb. O bildirib ki, Milli Kulinariya Mərkəzinin ofis və məşq yerlərinin olmaması kulinarlarımızın bu çempionatda aşağı nəticə göstərməsinə səbəb olub: “Hazırda vəziyyətimiz olduqca pisdir. Fəaliyyət göstərməyə yerimiz belə yoxdur. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən bizə bildiriblər ki, Milli Kulinariya Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərir, əgər nazirlik bizə bina versə, onlar etiraz etməyəcəklər. Milli Kulinariya Mərkəzinin yer problemi həll olunmasa və vəziyyət bu cür davam etsə, mərkəzdən çıxıb gedəcəyəm. Bu gün mənə bir sıra ölkələrdən təkliflər gəlir. Mənim başqa ölkədə fəaliyyətimi davam etdirmək imkanım var və problem həllini tapmasa, bu addımı atacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR