Bank Of Baku

Azərbaycan kulinarları gələn il Pakistan və Maltada keçiriləcək kulinariya çempionatında iştirak edəcəklər

Azərbaycan kulinarları gələn il Pakistan və Maltada keçiriləcək kulinariya çempionatında iştirak edəcəklər
# 28 dekabr 2007 12:22 (UTC +04:00)
Azərbaycan kulinarları 2008-ci ilin fevralında Pakistanın Lahor şəhərində və Maltada keçiriləcək beynəlxalq kulinariya çempionatında iştirak edəcəklər. Bu barədə APA-ya Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib. O, kulinarlarımızın hər iki çempionatdan yüksək mükafatlarla geri dönəcəyinə əmin olduğunu bildirib: “Kulinarlarımız hər iki çempionata çox ciddi şəkildə hazırlaşırlar. Nümayəndələrimizin hər iki çempionatda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Hər iki çempionata dünyanın 30-dan çox ölkəsinin kulinarları qatılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR