Bank Of Baku

Məşhur ingilis memarı Vilyam Alsop Bakıya gələcək

Məşhur ingilis memarı Vilyam Alsop Bakıya gələcək
# 15 yanvar 2008 12:32 (UTC +04:00)
Məşhur ingilis memarı Vilyam Alsop Azərbaycana gələcək. Səfərin təşəbbüskarı tanınmış iş adamı və kolleksioner Nahit Kabakçıdır. N. Kabakçının mətbuat katibinin APA-ya verdiyi məlumata görə, 21-23 yanvar tarixlərində baş tutacaq səfər zamanı qonaq Bakının memarlıq abidələri ilə yaxından tanış olacaq. Onun Azərbaycanın tanınmış memarları və sənət adamları ilə görüşü də nəzərdə tutulub. N. Kabakçı memarla Londonun sərgi salonlarının birində tanış olub. N. Kabakçı həmin vaxt təsadüfən V. Alsopun layihələrinin əl işlərini görüb. Bu, zəngin kolleksiya sahibi olan Kabakçının diqqətini cəlb edib və o, həmin əsərlərin üçünü 25 min avroya satın alıb. Məşhur memarla şəxsi tanışlıq yaradan N. Kabakçı onu Azərbaycana dəvət edib.
İngiltərə Memarlıq Qurumunun rəhbəri V. Alsop bugünədək dünyanın 22 nüfuzlu beynəlxalq mükafatına layiq görülüb. Dünyanın beş ölkəsində onun rəhbərliyi altında minlərlə memar çalışır. Bir sıra Avropa ölkələrində master-klasslar təşkil edən V. Alsop dünyanın ən zəngin memarlarından sayılır və böyük xeyriyyəçi kimi də tanınır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR