Bank Of Baku

İstanbulda azərbaycanlı rəssam Sənan Eynullayevin əsərlərinin kataloq-təqvimi buraxılıb

İstanbulda azərbaycanlı rəssam Sənan Eynullayevin əsərlərinin kataloq-təqvimi buraxılıb
# 18 yanvar 2008 16:11 (UTC +04:00)
Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, təqvim-kataloqun əsas sponsoru “Azərbaycan Hava Yolları” Dövlət Konserni, sifarişçiləri isə “Sontek inşaat”, “Hamle petrol” şirkətləri və “APA Uniprint” nəşriyyatıdır. S. Eynullayev iri həcmli kitabının çapa hazırlandığını da bildirib: “Bir çox firma kitabımın çapına sponsorluq etmək üçün mənə müraciət etsə də, üstünlük kataloq-təqvimə sponsorluq etmiş şirkətlərə veriləcək”.
Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR